-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Göygöldə nə qədər əhali yaşayır? - STATİSTİKA

Göygöl rayon əhalisinin sayı açıqlanıb.

18:17:02 | 2020-08-21

Göygöl rayon Statistika İdarəsindən GancaPost.info-ya verilən məlumata görə, 2020-ci ilin iyul ayının 1-nə olan məlumata görə, Göygöl rayon əhalisi 64803 nəfər olub.

Bu göstəricilərə əsasən Göygöl şəhər əhalisi 26096, kənd əhalisi isə 38707 nəfər təşkil edir.

Ötən 6 ay ərzində Göygöldə doğulanların sayı 380 nəfər, ölənlərin sayı 249 nəfər olub. Qeyd olunan dövr ərzində rayonda 105 nikah, 43 boşanma qeydə alınıb.

Göygöl rayonunda ümumi artım - 196, təbii artım isə 131 nəfər təşkil edib.

Statistikaya görə, miqrasiya saldosu 65 nəfər olub.

Qeyd edək ki, rayon ərazisində məskunlaşan məcburi köçkünlər əhalinin daimi sayına daxil edilmir.


ETİKET :  

Daha Çox