-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Göygöl şəhəri “Gənclər Paytaxtı” elan edildi

Azərbaycanın yeni "Gənclər Paytaxtı" Göygöl şəhəri elan edildi.

17:36:40 | 2021-02-04

Gənclər və İdman Nazirliyinin Azərbaycan gəncləri günü münasibətilə keçirilən mərasimdə ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl 2021-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri Gənclər Paytaxtı elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın Gənclər Paytaxtı seçilib.


ETİKET :  

Daha Çox