Göygöl rayon Məhkəməsində 2 qardaş intihara cəhd edib

Belə ki, hakimin çıxardığı qərarla razılaşmayan 42 yaşlı Elçin Xıdırov və onun qardaşı, 38 yaşlı Eldəniz Xıdırov məhkəmənin inzibati binasının qapısını sındıraraq şüşə parçaları ilə özlərinə xəsarətlər yetiriblər.

GancaPost saytı Report-a istinadən xəbər verir ki, Göygöl rayon sakini Eldəniz Xıdırov ödəməli olduğu 1740 manat aliment pulunu ödəyə bilmədiyi üçün məhkəmə onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu qərarla razılaşmayan E.Xıdırov icraçıya alimentin 1000 manatını ödəmək üçün keçmiş həyat yoldaşı ilə razılaşacağını, qalan pulu isə sonra ödəyəcəyini bildirib. Hakim bu vədlərin dəfələrlə verildiyini və yerinə yətirilmədiyini nəzərə alaraq qərarı dəyişməyəcəyini bildirib. Bu zaman E.Xıdırovun yanında olan qardaşı Elçin Xıdırov əsəbləşərək icraçı otağının qapısında olan şüşəni qolu ilə sındırıb. Sınan şüşə onun qolunu və damarlarını kəsib.

Daha sonra isə Eldəniz Xıdırov yerə tökülən şüşə parçası ilə qolunu kəsərək özünə xəsarət yetirib. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onlara dərhal tibbi yardım göstərilib. Elçin Xıdırovun vəziyyəti ağır olduğundan onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR