-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Əgər Gəncədə futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq”

"10 milyonluq ölkəyik, çempionata 8 komanda çıxarırıq"

00:37:47 | 2019-10-24

GancaPost saytı xəbər verir ki, bu sözləri YeniMüsavat-a futbol fanatı olan deputat Aqil Abbas deyib.

"Mən Lüksemburqda da olmuşam. Cırtdan bir ölkədir. Ölkənin o başı ilə bu başını itirirsən. Çünki qonşu dövlətə keçirsən. Çay içməyə girdik, gördüm balaca rayondur. Ümumiyyətlə, bu cür ölkələr pilot layihələrdir. Məqsəd budur ki, Avropa Birliyinin qarşısında onların da bayraqları olsun. Amma 300-500 min əhalisi olan ölkənin futbol liqasında 14 klub oynayır. Əhalisi Sumqayıtın camaatından azdır, amma 10 milyonluq ölkəyik, çempionata 8 komanda çıxarırıq.

Bu klubların da demək olar ki, hamısı Bakıdadır. “Sumqayıt” klubu Bakının qulağının dibidir, “Qarabağ” Ağdamda oynamır, bircə “Qəbələ” qalıb.

Onun da adını dəyişsinlər, gəlib paytaxtda oynasın. Belə olmaz axı?! Əgər Gəncədə, Tovuzda, Lənkəranda, futbol yoxdursa, Azərbaycanda futbol olmayacaq" - deyə Aqil Abbas bildirib.


ETİKET :  

Daha Çox