-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncliyin problemi nədir?

Çoxlarının bəyənmədiyi SSRİ dövründə belə gənclərin bu cür problemlərinin aradan qaldırılması deyil, hətta olmaması prioritet məsələ idi.

03:27:34 | 2018-12-17

Bir çox sosial elmlərdə gənclər haqqında mövzu xüsusi yer tutmaqdadır. Həqiqətən də bu mövzu nəzərçəkicidir və belə olmasının da əsas səbəbi, gənclərin problemləri ayrı-ayrı insanlara məxsus problem yox, bütövlükdə cəmiyyətə aid bir problem olmasıdır.
Bu günki gənclik 90-cı illərin gəncliyindən daha fərqli və nisbətdə daha intellektual görünürlər. Eyni zamanda bu günkü gəncliyin problemləri də ciddi şəkildə fərqlənir.

Bu gün əhalisinin 32%-i gənclərdən təşkil olunan bir cəmiyyətdə yaşayırıq. Buna gözünüzlə də şahid ola bilərsiniz küçəyə çıxın, çayxanalara gedin, internet klublara baxın, parklara fikir verin. Məhz, bu yerlərdə yüzlərlə, minlərlə heç bir işlə məşğul olmayan, həyatının ən məhsuldar vaxtlarını boş yerə israf edən gəncləri görə bilərsiniz.

Azərbaycan gənci uşaqlıqdan sosial-iqtisadi problemlər içərisində böyüyür, məktəbi bitirir və həmin məktəbin verdiyi “yüksək təhsillə” ya qəbul imtahanında kəsilir, ya da əziyyətlərlə qazanılmış pulların repetitorlara verilməsi hesabına universitetə daxil olur. Hər iki halda heç nə dəyişmir. Qəbul ola bilməyən çayçıya, küçələrə, internet kafelərə nisyə müştəri, qəbul olanlar isə işləyə biləcəkləri maksimum iş yerlərinə - şadlıq saraylarına (ofisiant) üz tuturlar. Şadlıq saraylarının iş saatlarını nəzərə alsaq deyə bilərik ki, bu tələbələr universitetdən heç nə öyrənə bilmirlər rüşvət verməkdən başqa...

Gənclərin qarşısına çıxan problemlərdən biri də Məşğulluq İdarələrində gənclərə təklif olunan vakansiyaların həddindən artıq gülünc olmasıdır. Təsəvvür edin ki, evi, işi olmayan bir gənc Məşğulluq İdarəsinə müraciət edir və ona aylıq maaşı 150-200 AZN olan təmizlikçi və ya mühafizəçi vakansiyası təklif edirlər. Amma belə çıxır ki, heç kim bu gəncin bu maaşla 4-5 il yeməsə-içməsə, bir qəpik pul xərcləməsə belə güclə özünə bir ev ala biləcəyini fikirləşmir...!

Nəzərə almaq lazımdır ki, bunlar gənclərin böyük problemləridir, bunlardan və başqa səbəblərdən doğan hələ yüzlərlə problem var... Amma hər halda bunlar aradan qaldırılması mümkün olmayan problemlər deyil. Sadəcə gənclərdən və bəzi uzaqgörən insanlardan başqa bunların problem olduğunu düşünən yoxdur.

Çoxlarının bəyənmədiyi SSRİ dövründə belə gənclərin bu cür problemlərinin aradan qaldırılması deyil, hətta olmaması prioritet məsələ idi. Məhz, bu problemlər cəmiyyətin bu təbəqəsində haqlı narazılıqlara səbəb olur.

Ancaq, istənilən halda təminatlı bir gələcək, sağlam dayaqlar üzərində qurulmuş bir cəmiyyət bütün Azərbaycan gəncliyinin haqqıdır!

Amil Həsənli


ETİKET :  

Daha Çox