-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəyə zərbə endirmək? Uşaq bağçasıdır...

Gəncəyə zərbə endirmək? Uşaq bağçasıdır...

13:29:49 | 2020-08-19

Ermənistanın Gəncəyə zərbə endirməklə bağlı təhdidi Türkiyə-Azərbaycan hərbi təlimləri ilə əlaqədardır. Siyasətçilər deyirlər, hərbçilər isə müharibəyə hazırlaşır və vuruşurlar.

GancaPost.info xəbər verir ki, axar.az-ın məlumatına görə, bu sözləri Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.

“Ermənistan vurmağa cəsarət etməyəcək. Və ümumiyyətlə, heç kim heç yeri vurmayacaq - bu prosesdə marağı olan aktorlar yoxdur. Təxribatçılar olub və olacaq. Artıq çoxdan - 2018-ci ildən bəri mən Paşinyanın və ətrafındakıların sözlərini qiymətləndirməkdən imtina etmişəm. Çünki ora uşaq bağçasıdır. Daha yüksək səslə kim qışqırırsa, ona da qulaq asırlar. Ancaq tökdüklərini (dedikləri sözləri) özlərindən sonra heç kim təmizləmək (şərh etmək) istəmir”, - Tixanski deyib.

Qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin separatçı lideri Araik Arutyunyan Azərbaycana “mümkün cavab tədbirləri” sırasında Gəncəyə “zərbə” vura biləcəklərini deyib.


ETİKET :  

Daha Çox