-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə yəhudiləri Qarabağda döyüşməyə hazırdır”

Gəncədə yaşayan yəhudi əsilli vətəndaşlarımız Qarabağda döyüşməyə hazırdır.

01:35:26 | 2020-10-07

GancaPost.info xəbər verir ki, bu sözləri Gəncə şəhəri Yəhudi Dini İcmasının sədri Arif Babayev KəpəzTV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, Gəncədə həmişə Azərbaycanlılar və Yəhudilər qardaşlıq münasibətində yaşayır. Bu günə qədər dostluq münasibətimiz pozulmayıb.

Gəncədə 200 ildən artıqdır ki, yaşayan yəhudilər öz adət-ənələrini yaşatmaqla bizim də milli dəyərlərə hörmət nümayiş etdiriblər. Bu müddətdə xalqlar arasında formalaşan isti münasibətlər tolerant mühitin yaratdığı imkanlardan irəli gəlib. Odur ki, yəhudilər cəbhədə baş verən erməni təxribatını pisləməklə mülki insanların, yaşayış məntəqələrinin artileriya atəşinə tutmasını pisləyir.

İcma sədri ermənilərin Gəncə şəhərinə təcavüzünü pisləyir.

"Biz özümüz də Gəncədə yaşıyırıq. Bu onların Azərbaycan xalqına etdiyi təcavüzdür. Bu heç bir konstitusiyaya aid deyil. Onlar bu tərəfdən istifadə edir çünki onlar Qarabağda uduzublar. Bizim hamımız elə mənim özüm də vuruşmağa hazıram. İnanın ki, bunu ürəkdən deyirəm. Biz çox sevindik ki, Cəbrayıl rayonu onun doqquz kəndi alındı. Qədim Yəhudilərdə Cəbrayıl sözü güc deməkdir, el gücü vətən gücü deməkdir. Mən bütün əsgərləri bu münasibətlə təbrik edirəm.

Gəncə şəhəri Yəhudi Dini İcmasının üzvü Akif Abbasov da Azərbaycanda yəhudilərə olan tolerant münasibəti qeyd edir. Və ermənilərin mülki insanlara qarşı etdiklərini barbarlıq adlandırır.

"Mən ermənilərin Gəncəni atəşə tutmasını pisləyirəm. Onlar insanlığa qarşı böyük cinayət edirlər. Ermənilərin bir məqsədi var təxribat, Azərbaycan qarşı ziyan vursunlar, xalqları bir-birinə düşmən etsinlər. Bunların məqsədi budur".

Qeyd edək ki, Gəncədə 200-dən artıq yəhudi yaşayır və müxtəlif peşələrdə çalışırlar.


ETİKET :  

Daha Çox