-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncəyə hücuma görə cavab verəcəklər” - İlham Əliyev

“Gəncəyə hücuma görə cavab verəcəklər” - İlham Əliyev

23:12:44 | 2020-10-11

"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır", bu barədə Azərbaycan prezidenti İlham Əliyev Tvitter-dəki mikrobloqunda yazıb.

“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib”,- deyə İ.Əliyev qeyd edib.

Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir, deyə prezident İlham Əliyev vurğulayıb.

“Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək”, - deyə Azərbaycan prezidenti qeyd edib.


ETİKET :  

Daha Çox