-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir”

“Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir”

23:36:05 | 2020-10-05

"Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır".

GancaPost.info xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

Dövlət başçısı deyib: "Bilirsiniz, Tərtər şəhərini, demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir.. Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik".

"Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir - deyə Azərbaycan Prezidenti əlavə edib.


ETİKET :  

Daha Çox