-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəyə hansı raketlərdən atəş açılıb? - Ekspert

Gəncəyə hansı raketlərdən atəş açılıb? - Ekspert

22:46:32 | 2020-10-05

"Ermənistan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin yaşayış məntəqələrinə raket atması birbaşa hərbi cinayətdir".
GancaPost.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O qeyd edib ki, həmin raketlər reaktiv atəş yaylım sistemi olan Smerçdən atılıb: "Bunlar kassetli bombalarıdır. Sadəcə olaraq bəziləri açılmayıb. Ermənistan bu hərəkəti ilə Azərbaycanı total müharibəyə sürükləyir. Azərbaycan həmin raket atılan atəş nöqtələrini darmadağın etməyi nəzərdə tutub. Bütün bunlar Azərbaycan Ordusunun Dağlıq Qarabağ ərazisində həyata keçirdiyi uğurlu əməliyyatlara görədir. Bir-birinin ardınca mövqelərini itirən Ermənistan mülki əhalini hədəf almaqla Azərbaycan Ordusunun hərbi əməliyyatlarını dayandıracağını düşünür. Amma Azərbaycan Silahlı Qüvvələri prosesi davam etdirərək Ermənistan ordusuna çox ciddi zərbələr vuracaq".
Ekspert bildirib ki Ermənistan ordusunun atəş mövqeləri artıq bəllidir: "Ermənilərin atəş nöqtələri artıq darmadağın edilir. Ermənistan rəhbərliyi Gəncə və Mingəçeviri hədəf almaqla Azərbaycan Ordusunun qarşısını almağı düşünsə də bu mümkün deyil. Ermənistanın atdığı raketlər 40 kilometrdən 120 kilometrə qədər məsafədə hədəfi vurmağa hesablanıb. Bu silahdan istifadə etmək beynəlxalq konvensiyalara ziddir. Əgər Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə almağa davam edərsə, Azərbaycan Ordusu həmin istiqamətlər üzrə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər".


ETİKET :  

Daha Çox