“Gəncəyə böyük futbol qayıtmalıdır”

AFFA-nın qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Məlumata görə, işğaldan azad olunmuş torpaqlarımızda AFFA tərəfindən süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlanır. Yaşayış məntəqələrimizdə məskunlaşma prosesinə uyğun olaraq, süni örtüklü meydançalar tikilərək sakinlərin ixtiyarına veriləcək. Bəs işğaldan azad edilən şəhər və rayonlarımızda futbol komandaları yaradılıb, futbol Qarabağa gətiriləcəkmi? 90-cı illərdə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda futbol komandaları olub, lakin işğaldan sonra Ağdamın "Qarabağ"ından başqa, hamısı fəaliyyətini dayandırıb. Bu bölgələrdə futbol ənənələri bərpa olunacaqmı?

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov komanda.az portalına bildirib ki, ilk öncə Gəncə, Şəmkir, Tovuz, Yevlax komandaları böyük futbola qayıtmalıdır.

"Qarabağın, torpaqlarımızın azad edilməsi hər birimizi, bütün Azərbaycanı sevindirir. 30 il həsrətlə gözlədiyimiz an yetişdi, igid, qəhrəman oğullarımız canları, qanları hesabına düşmənlərə layiqli cavab verdilər. Şəhidlərimizin ruhu şad olsun!

Futboldan danışırıqsa, Qarabağda futbol oynadığımız, hakimlik etdiyimiz günlər indi göz önündədir. Ağdamda, Füzulidə, Cəbrayılda stadionlar dolu olardı. Tez bir zamanda "Qarabağ"ın "İmarət"də yaşıl meydana çıxmasını hamımız səbirsizliklə gözləyirik. Bununla yanaşı, hər bir işə, sahəyə reallıqdan gələn məsuliyyətlə yanaşılmalıdır. Dövlət səviyyəsində istənilən şərait yaradılsa da, ölkədə futbolun ümumi durumu bəllidir. İşğalçılar Qarabağda şəhər və kəndlərimizi necə viran qoyublarsa, futbol ideoloqları, cavabdehləri də bu sahəni o hala salıblar.

Azad edilmiş torpaqlarımızda şəraitin yaradılmasına kimi, ilk öncə son illər yüksək səviyyədə inşa edilmiş Lənkəran, Yevlax, Zaqatala, İmişli stadionlarına böyük futbol yenidən qayıtmalıdır. Gəncəyə, Tovuza, Mingəçevirə, Qusara, Şəmkirə və digər şəhər, rayonlarımıza böyük futbol qayıtmalıdır. Bunun üçünsə AFFA-da köklü dəyişikliklər edilməlidir. Məğlub edilmiş düşmən futbolu qrup liderliyini qazanır, qalib Azərbaycan isə yüz milyonlar qarşılığında futbolda geriləməkdə davam edir. Bu, yolverilməzdir və futbolda çox ciddi kadr islahatlarına ehtiyac var.

Qarabağda komandaların bərpasına, yaradılmasına gəldikdə, nəinki Ağdam, Füzuli, Cəbrayıl, cənət məkanımız Şuşa başda olmaqla, işğaldan azad edilmiş bütün rayonlarımızda klublar yaradılmalıdır. Söhbət tək Premyer Liqadan getməməlidir. Azərbaycanda minimum iki-üç səviyyəli, yüksək təşkilatçılığı ilə seçilə biləcək liqalar yaradılmalı, rəqabət, keyfiyyət təmin edilməlidir. Mənasız Region Liqası baş aldatması ilə ölkədə futbol inkişaf edə bilməz. Qarabağ bölgəsində futbolu çox sevirlər. Düzgün işlər aparılacağı halda, yaxın gələcəkdə bölgədə Elbrus Abbasov, Əziz Əliyev, Vəli Hüseynov, Nazim Əliyev kimi futbolçular yenidən yetişə bilər".

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR