-- Adversting 9 --
-- Adversting 10 --

Gəncə şəhəri Vətən müharibəsində 112 şəhid verib

44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri 112 şəhid verib.

17:10:17 | 2021-03-12

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsindən məlumat verilib.

Gəncə şəhərinin Vətən müharibəsi şəhidlərinin ümumi sayı 112 nəfərdir. Onlardan 86-sı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 26-sı isə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması zamanı şəhid olublar.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsi bu kateqoriyadan olan insanların problemlərinin araşdırılması və aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.


ETİKET :  

Daha Çox