-- Adversting 9 --
-- Adversting 10 --

Gəncə və Sumqayıt səhiyyə idarələri ləğv edilib? - Açıqlama

Gəncə və Sumqayıt səhiyyə idarələri ləğv edilib? - Açıqlama

23:51:00 | 2021-07-16

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Gəncə və Sumqayıt səhiyyə idarələrinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, Sumqayıt şəhər Səhiyyə İdarəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla, 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.

Gəncə şəhər Səhiyyə İdarəsi isə hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir.

Sumqayıt Tibb Mərkəzi və Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər”.

Agentlikdən daxil olan açıqlamada qeyd edilib ki, bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Sumqayıt və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir.


ETİKET :  

Daha Çox