-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə və Odessa şəhərləri qardaşlaşır

Gəncə və Odessa şəhərləri qardaşlaşır

17:17:13 | 2021-04-14

"Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması haqqında müqavilə sentyabrda imzalanacaq"

Bu barədə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırkı səfər zamanı müzakirə olunub.

Nazir bu şəhərlər arasında birbaşa aviareys uçuşların təşkili üçün işlərin getdiyini də qeyd edib. Eyni zamanda Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.

V.Krikli həmçinin Odessa Dövlət Aqrar Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib.


ETİKET :  

Daha Çox