Gəncə və Göygöldə şübhəli tender əməliyyatları

Goranboy Rayon İcra Hakimiyyəti "Ərdağı" MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalayıb.

YeniSabah xəbər verir ki, müqaviləyə əsasən şirkət Goranboy rayonunda abadlıq işləri aparmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Ərdağı" MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən Asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Ərdağı MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, nizamnamə dəyəri 10 manatlıq olan şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.

Bu il iyun ayında şirkət Gəncə şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, iyul ayında isə Göygöl rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.

Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR