-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə Üsyanı ilə bağlı Gəncədə abidə ucaldılmalıdır”

"2020-ci ilin may ayında Gəncə Üsyanının (1920-ci il) 100 il tamam olur".

02:56:06 | 2020-01-06

“Gəncədə 1920-ci ildə baş verən Gəncə Üsyanı zamanı şəhid olanların xatirəsinə abidə ucaldılmalıdır”.

GancaPost saytı xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Vüqar Həsənbəyli (Vilayətoğlu) bildirib.

V.Həsənbəyli qeyd edib ki, 1994-cü ilin aprel ayının 11-də bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Elsevər İbrahimov Gəncə Üsyanının 75 illiyi ilə bağlı Sərəncam imzalayıb: “Sərəncamda Şəhərin görkəmli yerlərindən birində Gəncə Üsyanında həlak olmuş həmyerlilərin Xatirə Abidəsi ucaldılsın. Gəncə Üsyanı rəhbərlərinin adlarının əbədiləşdirilməsi məsələlərinə baxmaq Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Adların əbədiləşdirilməsi” üzrə Komissiyaya həvalə edilsin”.

Sərəncamın üzərindən 25 il keçib. Təəssüf ki, bu qərar yalnız kağız üzərində qaldı...

V.Həsənbəyli bir məqamı da vurğulayıb. Bildirib ki, xatirə abidəsinin qoyulması üçün Gəncənin Quru Qobu adlanan ərazisi seçilir: “Xatirə abidəsinin ucaldılması üçün Gəncənin Quru Qobu ərazisi seçildikdən sonra həmin yerə ağ mərmərdən lövhə də vurulur. Lakin hansısa səbəbdən bu həyata keçirilmir. Gəncə Üsyanında qanı bahasına mübarizə aparanların xatirəsi mütləq əbədiləşdirilməlidir”.

İnanırıq ki, şəhərin müvafiq qurumları Gəncə Üsyanının 100 illiyi istiqamətində lazımi işlər görəcəklər.


ETİKET :  

Daha Çox