Gəncə terroru Amerika radiosunda yayımlanacaq

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyası olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Gəncəyə səfər edib. Xarici qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Con Batçelora erməni terroru və onun nəticələri barədə məlumat verib. O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Con Batçelor: "Düşünürəm ki, Amerikada Azərbaycan reallıqları haqqında kifayət qədər məlumat yoxdur. Azərbaycan, həqiqətən, çox qədim tarixə malik, olduqca gözəl bir ölkədir. Ermənilərin Gəncədə törətdiklərinə gəldikdə isə bu, açıq-aydın hərbi cinayətdir. Mən bununla bağlı müxtəlif layihələrlə Amerika ictimaiyyətini məlumatlandıracağam".

Məşhur radioaparıcı Con Batçelor erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR