-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə Tekstil” zərərlə işləyir

“Gəncə Tekstil” ASC-də vəziyyət ildən ilə ağırlaşır.

04:19:27 | 2020-05-13

“Gəncə Tekstil” ASC 2019-cu ili 242,42 min manat xalis zərər ilə başa vurub.

“Gəncə Tekstil” ASC-nin maliyyə hesabatındakı məlumata görə, il ərzində 502,27 min manat əsas əməliyyat gəliri olmaqla satışların maya dəyəri 837,24 min manat təşkil edib, bu da şirkətin 334,45 min manatlıq ümumi zərər etməsi deməkdir. Baxmayaraq ki, ümumi əməliyyat gəliri (satış) 2019-cu ildə öncəki ildən daha çox olub, elə maya dəyəri də eynən artım istiqamətinə dəyişib.

Tekstil fabriki hesabat dövründə əlavə olaraq 92,11 min manatlıq digər gəlirləri olub ki, bu da qismən xalis zərəri azaldaraq 242,42 min manata qədər azalda bilib. 2018-ci ili də “Gəncə Tekstil” 275,79 min zərərlə tamamlamışdı.

Bu zərər sonrası 1 yanvar 2020-ci il tarixinə olan hesabata görə, şirkətin balansında yığılmış zərər 6 milyon 906,89 min manata qədər yüksəlib. Nəzərə alsaq ki, “Gəncə Tekstil”in ümumi nizamnamə kapitalı (səhm qoyuluşu) 535,14 min manatdır, bu şirkəti iflas təhlükəsi ilə üz-üzə qoyur.


ETİKET :  

Daha Çox