-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Tarix Diyarşünaslıq Muzeyi təmir olunacaq

Gəncə şəhər Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunacaq.

16:11:02 | 2019-02-14

Respublikanın ən qədim mədəniyyət ocaqlarından olan muzey 1924-cü ildən fəaliyyət göstərir. 95 il əvvəl 400-dən çox ekponatın nümayiş olunduğu muzeydə hazırda qədim və müasir dövrə aid 30 mindən çox eksponat qorunur. Muzeydə 18 salon fəaliyyət göstərir ki, burada Gəncənin ən qədim dövrlərindən başlayaraq son zamanlara qədər olan tarixi, arxeoloji tapıntılar, maddi mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, nümuzmatik nümmunələr ziyatəçilərə təqdim olunur. Əsaslı təmirdən sonra muzeydə səgilənən eksponatların sayı da artırılacaq.

Muzeyin əməkdaşı Türkan Həsənovanın ARB TV-yə verdiyi məlumata görə, muzeydəki bəzi eksponatları sərgiləmək üçün şərait yoxdur.

“İşıqlandırma sistemi olsun, siqnalizasiya, xüsusi mühafizə sistemi, bunlar nasaz vəziyyətdədir. İnşallah təmirdən sonra hamısı düzələcək. Və bizim daha gözəl, qədimdən qalan eksponatlarımızı sərgiliyə biləcəyik. Təmirdən sonra bizim iş prosesimiz daha yaxşı olacaq” – deyə muzeyin əməkdaşı bildirib.

Qeyd edək ki, Gəncə Tarix Diyarşünaslıq Muzeyinin binası XIX əsrdə tikilib. Bu bina Cavad xan Qacarın nəticəsi İsmayıl xan Ziyadxanovun şəxsi mülkü olub. İsmayıl xan 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib.


ETİKET :  

Daha Çox