“Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarının təşkil etdiyi meydança baxımsız vəziyyətdədir.
Ölkənin ikinci böyük şəhərinin əsas futbol meydançası artıq uçma təhlükəsi ilə üz-üzə qalıb.
“Kəpəz” Peşəkar Futbol Klubu 1960-cı illərin əvvəllərindən ev oyunlarını keçirməyə başlayıb. Bu illər ərzində klubunun istər bazası, istərsə də birinci meydançasında heç vaxt əsaslı təmir işləri aparılmayıb.
Məsələ ilə bağlı oxu.az-a münasibət bildirən klubun mətbuat xidmətinin rəhbəri Azad Rəfinin sözlərinə görə, Gənclər və İdman Nazirliyi stadionun əsaslı təmirinə söz verib. Klubun özünün isə meydançanı təmir edəcək vəsaiti yoxdur.