-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə stadionu nə vaxt təmir olunacaq?

Gəncə stadionu nə vaxt təmir olunacaq?

21:38:51 | 2020-06-17

Gəncədə təmirinə ehtiyac duyulan idman obyektləri arasında şəhər stadionu ilk sıradadır.

Burada gəncəli azarkeşlərin könül verdiyi “Kəpəz” futbol klubu ev oyunlarını keçirir. Yarım əsrdən çox yaşı olan arena 1962-ci ildə tikilərək istifadəyə verilib. İdman qurğusu “Kəpəz”in sələfi “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Gəncə futbolunun tarixini özündə yaşadan stadionda müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılsa da, bu, yalnız kosmetik xarakter daşıyıb. Odur ki, arenada köklü şəkildə yenidənqurmaya ehtiyac var. Bu səbəbdən 25 000 tamaşaçı tutumuna malik stadion Dövlət Proqramına salınıb.

GancaPost.info xəbər verir ki, “Kəpəz”in Müşahidə Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov KəpəzTV-yə açıqlamasında stadionla bağlı məsələyə toxunub.

Müşfiq Cəfərovun sözlərinə görə, şəhərin əsas stadionunda hazırda yenidənqurmaya ehtiyac var.

"Ümid edirəm ki, stadionun təmiri ilə bağlı 2020-ci ildə bu məsələ öz həllini tapacaq".


ETİKET :  

Daha Çox