Gəncə şəhərində mövcud olan problemlərin həlli üçün bir sıra addımlar atılır. Məsələn, bəzi yolların asfaltlanması, küçə işıqlandırılması, kommunal problemlərin həlli və s.
GancaPost.info saytı bir müddət öncə saytımızın facebook səhifəsindəki izləyicilərimizə belə bir sual ünvanlamışdır:
“Gəncədə ən çox hansı problemlərlə qarşılaşırsınız?”
Verilən cavablara və səbəblərə uyğun olaraq ilk onluğu təqdim edirik:
№ |
Problemlər |
Səbəblər |
1. |
İctimai Nəqliyyat |
Sərnişindaşımada standartlara uyğun avtobusların olmaması |
2. |
İşsizlik |
İş yerlərinin kifayət qədər olmaması, əksər gənclərin Bakı şəhərinə üz tutması. |
3. |
İnternet |
Məhəllə evlərində internet surətinin aşağı olması |
4. |
Əyləncə mərkəzləri |
Gənclərin asudə vaxtlarını keçirmələri üçün şəraitin olmaması. |
5. |
Su |
Şəhərin bəzi ərazilərində suyun fasilələrlə verilməsi. |
6. |
Yol |
Əksər yolların və ara küçələrin yararsız olması, yağış yağanda gölməçələrin yaranması. |
7. |
İdman |
Şəhərdə normal idman qurğusunun olmaması |
8. |
Xəstəxanalar |
Xəstəxanalarda tibbi xidmətin istənilən səviyyədə olmaması. |
9. |
İşıqlandırma |
Şəhərin bir çox küçələrində gecə işıqlanmasının olmaması |
10. |
Təmizlik |
Şəhərin bir çox yerlərində və parklarda zibil qutularının olmaması |
Ümid edirik ki, şəhərdə olan problemlər tezliklə həll yollarını tapacaq.
Qeyd edək ki, gələcəkdə də GancaPost facebook səhifəmizdə bu yöndə - virtual sorğularımızı davam etdirəcəyik.
GancaPost.info