-- Adversting 9 --
-- Adversting 10 --

Gəncə sakinləri hansı kommunal xidmətlərdən narazıdırlar? - Sorğu

Gəncə sakinləri hansı kommunal xidmətlərdən narazıdırlar? - SİYAHI

04:52:49 | 2021-02-16

GancaPost.info saytı Gəncə şəhər sakinləri arasında növbəti onlayn Sorğu keçirib.

Budəfəki mövzu Gəncədə kommunal xidmətlərlə bağlı olub.
Şəhər sakinlərinə “Gəncə sakinləri hansı kommunal xidmətlərdən narazıdırlar?” sualı ilə müraciət edilib. Sorğunun nəticəsini və səhifəmizin fəal izləyicilərinin yazdıqları rəyləri ümumiləşdirib siyahını sizlərə təqdim edirik.

Sorğuda iştirak edən respondentlərin əksəriyyəti yol problemindən, su və kanalizasiya sistemindən, maye qazdan, məişət tullantılarının gec daşınmasından, küçə işıqlandırılmasından, şəhərin bir çox yerlərində və parklarda zibil qutularının olmamasından narazılığını bildirib. Sorğuda iştirak edən 200-ə yaxın respondent hesab edir ki, şəhərin kommunal xidmətləri qənaətbəxş deyil.
Ümid edirik ki, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və aidiyyatı qurumlar tərəfindən şəhər sakinlərinin haqlı narazılıqları tezliklə həll yollarını tapacaq.

Qeyd edək ki, GancaPost facebook səhifəsində bu yöndə - virtual sorğularımızı davam etdirəcəyik.


ETİKET :  

Daha Çox