-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini: Xəstə övladıma pensiya təyin edilmir

Gəncə sakini xəstə övladı üçün pensiya almaqda çətinliklə üzləşdiyini bildirir.

13:53:08 | 2021-04-08

Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi, 3-cü dalan, ev 1 ünvanında yaşayan Elnarə Hüseynova xəstə övladı üçün pensiya almaqda çətinliklərlə üzləşdiyini bildirir.

Elnarə Hüseynova qeyd edir ki, övladı Nihad Hüseynov anadangəlmə ürək qüsurlu olduğu üçün iki yaşından ona pensiya təyin olunub və hər üç ildən bir tibbi komissiyadan keçir.

Şikayətçinin sözlərinə görə, o, övladına aid tibbi sənədləri Gəncə şəhər Kardioloji Xəstəxanadan əldə etdikdən sonra 1 nömrəli şəhər poliklinikasına təqdim edib. Ancaq 1 nömrəli şəhər Poliklinikası uşağı Bakıda yerləşən Topçubaşov adına Xəstəxanaya müayinə və müalicə etmək üçün göndəriş verməkdən imtina edib:

“Baş həkim dedi ki, uşaq sağalıb. Mənim oğlum ağır ürək xəstəsidir. Onda anadangəlmə ürək qüsuru olan mədəciklər və qulaqcıqlararası çəpər effekti, ürək çatışmamazlığı var. O, əməliyyat olunsa da, tam sağalmayıb. Mən bununla bağlı dövlət başçısına da müraciət etmişəm”.

Məsələ ilə bağlı Gəncə şəhər 1 nömrəli şəhər poliklinikasından “Gözətçi” portalına bildiriblər ki, Nihat Hüseynov müalicə olunaraq sağalıb. Onu da qeyd etdilər ki, məsələnin yenidən araşdırlıması üçün şikayətçi təkrar polklinikaya yaxınlaşsın.


ETİKET :  

Daha Çox