-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini ünvanlı sosial yardım ala bilmir - ŞİKAYƏT

Gəncə sakini ünvanlı sosial yardım ala bilməməsindən şikayətçidir

23:14:55 | 2021-04-12

Gəncə şəhər, Ə.Nəzərov küçəsi ev 2, mənzil 9-da yaşayan Sevinc Həsənova ünvanlı sosial yardım almaqda problemlərlə üzləşib. O, şikayətində bildirib ki, 2 fevral 2021-ci ildə ünvanlı sosial yardım almaq üçün sənədlərini VEMTAS sisteminə göndərib.

“Fevralın 13-də Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin əməkdaşları evə maddi-məişət yoxlamasına gəlib, baxış etdilər. “Hər şey qaydasındadır” deyib getdilər. Halbuki yataqxanada şəraitsiz, acınacaqlı bir vəziyyətdə dörd azyaşlı uşaqla yaşayıram”, - deyə şikayətçi bildirib.

Sevinc Həsənova deyir ki, sistemdən cavab gəlmədiyi üçün fevralın 26-da özü adıçəkilən idarəyə yaxınlaşıb:

“İdarədən bildirdilər ki, sistemdə bizim ailə haqqında ümumiyyətlə məlumat yoxdur. Necə ola bilər ki, mən sənəd vurmuşam, mənim adım sistemdə görsənmir. Bunu mənə izah edən olmadı. On dəqiqə sonra başqa bir yerdə sistemdən adımı yoxlatdırdım, dedilər ki, sistemdə adınız var, ancaq imtina gəlib. İmtinanın səbəbi kimi isə “ailənin maddi gəliri düzgün göstərilməyib” qeyd olunub”.

Şikayətçinin sözlərinə görə, DSMF-dən imtinanın səbəbini araşdırıb. Ondan aliment almamısı, eləcə də adına torpaq olmaması haqqında arayış tələb edilib:

“İdarədə etirazımı bildirdim ki, mən hazırda aliment almıram. Məni narahat edən odur ki, tanıdığım adamlar var, aliment göstərilməyib, amma sosial alırlar. Arayışı təqdim etdim, bildirdim ki, evimi yoxlamağa gələnlərə də bu arayışı göstərmişəm. Həmçinin mənim adıma torpaq da yoxdur. Onu keçən il atama hədiyyə etmişəm. Bütün bunlara baxmayaraq, yenə də inad edirlər ki, mənə sosial yardım düşmür”.

Sevinc Həsənova məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə zəng edib. Oradan isə bildiriblər ki, imtinanın səbəbləri əsassızdır və sosial yardım almamasına heç bir aidiyyatı yoxdur.

Məsələ ilə bağlı “Gözətçi” portalı DSMF-nin Mətbuat xidmətinə göndərdiyi sorğuya cavab olaraq bildiriblər ki, Sevinc Həsənovanın müraciəti ilə bağlı özü ilə əlaqə saxlanılıb və prosedur qaydası izah olunub. Sənəd göndərişində səhvlərə yol verildiyi haqqında məlumat verilib və şikayəçi bu səhvləri aradan qaldırıb yenidən müraciət edə bilər.


ETİKET :  

Daha Çox