-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini özünü binadan ataraq intihar edib

Gəncədə 54 yaşlı kişi özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

22:22:09 | 2021-04-08

Məlumata görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib. Gəncə sakini, 1967-ci il təvəllüdlü Razim Alim oğlu Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


ETİKET :  

Daha Çox