Gəncə şəhərinin Baş planı hazırlanır

İQTİSADİYYAT
26 Dekabr 2019, 02:10
991
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəhbərlik etdiyi konsorsiumu Gəncə şəhərinin Baş Planının layihəsinin hazırlanması üçün qalib elan edib.
İşin dəyəri 4 milyon 216 min manat (2.480 min ABŞ dolları) qiymətləndirilib. Tərəflər arasında müqavilə dekabrın 18-də imzalanıb.
Xatırladaq ki, şəhərin 2030-cu ilə qədər inkişafını nəzərdə tutan Gəncə şəhərinin konseptual Baş Planı 2013-cü ildə bu institut tərəfindən hazırlanmışdı.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay