Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.
Bu barədə Bankın məlumatında deyilir.
Məlumata görə, məqsəd Gəncə şəhərini qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun (tullantıların yığılması, küçə təmizlənməsi vasitələri və konteynerlərin) yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.
Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.
Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.