-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə şəhər stadionu bu il təmir olunacaq”

Gəncə Olimpiya Kompleksində yeni stadionun inşası planı baş tutmayıb.

12:51:24 | 2019-03-05

Gəncə şəhər stadionunda yenidənqurma işlərinə başlanılıb.

GencePost.com xəbər verir ki, bu barədə 5 mart – Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gəncədə təşkil olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov bildirib. Nazir deyib ki, bu yöndə işlərin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

A.Rəhimov Prezident İlham Əliyevin Gəncədə yeni Olimpiya Kompleksinin tikintisinə dair sərəncam imzaladığını xatırladıb. O qeyd edib ki, öncədən kompleksin nəzdində təzə stadionun tikilməsi nəzərdə tutulub. Lakin sonradan qərar qəbul olunub ki, şəhərdə stadion artıq mövcuddur və yenisinə ehtiyac yoxdur.

Nazir "Kəpəz" klubunun Azərbaycan Premyer Liqasına qayıdış variantını da şərh edib: "Futbol klubları adətən təkcə Azərbaycanda yox, bütün dünyada sponsor tərəfindən maliyyələşdirilirlər. Sponsor üçün də əlverişli variant seçilib. Premyer Liqada iştirak üçün tələb olunan maliyyə vəsaitinin məbləği ötən gün AFFA-nın Növbəti Hesabat Konfransında səsləndirildi. Bu vəsait ona görə lazımdır ki, futbolçular ilboyu maaş ala bilsinlər, ezamiyyət pulları verilsin. Sponsor tapılarsa, "Kəpəz" klubunun çıxışını Premyer Liqada davam etdirməsinə şad olarıq".


ETİKET :  

Daha Çox