-- Adversting 9 --
-- Adversting 10 --

Gəncə şəhər İH Əhməd Cavadın xatirə lövhəsini axtarır

Gəncə şəhər İcra Hakimiyyəti hələ də Əhməd Cavadın xatirə lövhəsini axtarır.

13:58:45 | 2021-06-07

İstiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi 4 ildir yoxa çıxıb.

Məlumata görə, istiqlal şairinin yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə şəhərdə aparılan təmir zamanı götürülüb və bir daha yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat katibi Vüsal Balayev mətbuata açıqlamasında bildirib ki, icra başçısına bu barədə məruzə edilib:

“Rəhbərliyin tapşırığı ilə Əhməd Cavada məxsus lövhənin harada olması araşdırılır. Əvvəlki lövhə tapılmadığı təqdirdə yeni lövhənin hazırlanmasına başlanılacaq və yaxın zamanda həmin lövhə əvvəlki yerinə qoyulacaq”, - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, bir müddət öncə GancaPost.info saytı tərəfindən bu məsələ ictimailəşdirildi. Və həmin vaxt şəhər İcra Hakimiyyətinin rəsmiləri açıqlamalarında məsələnin həll olunacağını bildirmişdilər.


ETİKET :  

Daha Çox