-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub

Prorektorla sektor müdiri İcra başçısının müavinləri təyin edilib.

02:48:32 | 2021-02-14

Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub.

GancaPost.info-nun məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq sərəncamları ilə Kamran Məhərrəmov Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Kamran Məhərrəmov bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Adil Tağıyev isə Azərbaycan Texnologiya Universitetinin İnzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.


ETİKET :  

Daha Çox