-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə şəhər Bələdiyyəsi yaradılmalıdır”

"İcra hakimiyyəti orqanı ləğv olunmalı, Bakı və Gəncə şəhər Bələdiyyələri yaradılmalıdır"

17:39:51 | 2021-03-09

“Bələdiyyələrin statusu artırılmalıdır”.
GancaPost.info xəbər verir ki, bunu Milli Məclisin keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, dövlət orqanı tərəfindən 2500-dən çox bələdiyyənin fəaliyyətini fiziki baxımdan da yoxlamaq mümkün deyil: “Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 650 min, bəzilərinə görə 450 min qanunsuz tikili var. Bunların əksəriyyəti bələdiyyələrin verdiyi kağızlarla tikilib. 2008-ci ildən başlayaraq, Prezident İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub. Bununla bağlı komissiya yaradılıb. Ancaq təəssüf ki, bu məsələ hələ də həllini tapmayıb. İslahatlar dərinləşdirilməlidir. Bələdiyyələr şəhər (rayon) İcra hakimiyyətində mövcud olan şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Bələdiyyələrə yerli dövlət orqanı statusu verilməli, İcra Hakimiyyəti orqanları ləğv olunmalıdır. Bundan başqa, Bakı və Gəncə şəhər Bələdiyyələri yaradılmalıdır. Şəhərin problemləri ilə insanların seçdiyi insanlar məşğul olmalıdır. Bələdiyyələrə seçkilər professional seçki sistemi əsasında keçirilməlidir”.


ETİKET :  

Daha Çox