-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Rus İcması erməni təxribatına qarşı etiraz edib

Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb.

22:39:25 | 2020-10-08

GancaPost.info-ya daxil olan bəyanatda bildirilir ki, adıçəkilən icma Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutmasından narahatdır:

“Biz - Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və İnsan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir".

Bəyanatda qeyd edilir ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son günlər döyüş bölgəsi olmayan Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulur: "Bunun nəticəsində bir mülki şəxs həlak olub, 30-dan çox dinc sakin, o cümlədən biri 10 aylıq olmaqla 6 uşaq, bir digər millətdən olan şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Biz - ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik".

Qeyd edək ki, Gəncədə 15 000-ə yaxın rus yaşayır.


ETİKET :  

Daha Çox