Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma STATİSTİKASI

CƏMİYYƏT
24 Aprel 2020, 19:11
203
Azərbaycan Respublikasında bölgələr üzrə koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.
GancaPost saytı xəbər verir ki, Azərbaycanda COVİD-19 virusa yoluxmanın 52,1 faizi Bakının payına düşür.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, COVİD-19 virusa yoluxmanın 6,88%-i Aran, 8,28%-i Lənkəran, 5,54%-i Abşeron, 7,62%-i Gəncə-Qazax, 2,40%-i Quba-Xaçmaz, 1,07%-i Yuxarı Qarabağ, 1,27%-i Şəki-Zaqatala, 1,4%-i Dağlıq Şirvan, 0,27%-i Naxçıvanın payına düşür.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, koronavirusa yoluxma hallarında xarici vətəndaşların sayı 13,16 faizdir.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay