-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Qarabağ Komitəsi Respublika günü ilə bağlı tədbir keçirib

Gəncə Qarabağ Komitəsi Məhəmməd Əmin Rəsulzadənin büstü önündə bayram tədbiri keçirib.

19:27:19 | 2019-05-28

GancaPost xəbər verir ki, 28 may Respublika Günü münasibətilə Gəncənin Dəmiryolçular parkındakı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin büstü önündə bayram tədbiri keçirilib.

Gəncə Qarabağ Komitəsinin üzvü, politoloq Eldar Aslanov bayram tədbirində çıxış edərək deyib ki, hətta sovet hakimiyyəti AXC-ni və onun qurucularını xalqın yaddaşından silə bilməyib. Azərbaycan xalqı mövcud olduqca AXC yaddaşlarda qalacaq.

Gəncə Qarabağ Komitəsinin üzvü Mayıl Vəliyev yerli hakimiyyətin Gəncədə AXC banilərinin xatirəsinə yetərincə ehtiram göstərilmədiyinə və hörmət edilmədiyini qeyd edib.

Qarabağ Azadlıq Təşkilatının Gəncə şöbəsinin sədri Arzu İsmayılov isə çıxışında Cümhuriyyət tarixinin şanlı səhifəsi olan 1920-ci il Gəncə Üsyanı hadisəsindən danışıb.

Çıxışçılar əsasən Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xidmətlərindən bəhs edib.

Sonda tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə başa çatıb.

Qeyd edək ki, Gəncə Qarabağ Komitəsinin tərkibində Gəncədə fəaliyyət göstərən Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyasının və Qarabağ Azadlıq Təşkilatının üzvləri təmsil olunurlar.


ETİKET :  

Daha Çox