-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə “Nizami Gəncəvi ilinə” hazırlaşır

Gəncədə Nizami Gəncəvi kitabxanası, Xəmsə parkının salınması nəzərdə tutulur.

21:54:33 | 2021-01-31

2021-ci il Nizami Gəncəvi ili çərçivəsində Gəncədə bir sıra layihələr də reallaşdırılacaq.

Nizami irsinin öyrədilməsi üçün beynəlxalq və yerli konfransların keçirilməsi, yeni kitabların nəşri ilə yanaşı "Nizami Gəncəvi İnstitutu", "Nizami Gəncəvi kitabxanası", "Xəmsə parkı", eləcə də digər infrasturuktur layihələri həyata keçiriləcək.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı KəpəzTV-yə açıqlama verən Gəncənin millət vəkili Müşfiq Cəfərov Nizami ili çərçivəsində Gəncədə beynəlxalq konfransların keçiriləcəyini və şəhərdə baş tutacaq bəzi layihələrdən söz açıb.

"İyun ayında Gəncədə beynəlxalq tədbir keçiriləcək. Gəncədə Nizami Gəncəvi adına müasir bir kitabxanının yaradılmasını istəyirik. Nizami məqbərəsinin ətrafı boş ərazidir. Yaşıllaşmaya da böyük ehtiyac var. Ona görə də orada parkın olması daha məqsədəuyğun olar. Orada 15 ha əhatə edən park olsun. Bu ərazi böyükdə ola bilər".

Eyni zamanda “Nizami Gəncəvi İli” çərçivəsində hər il sentyabrda keçirilən Nizami günləri də bərpa olunacaq.


ETİKET :  

Daha Çox