Gəncənin yenidən Baş Planı hazırlanacaq

İQTİSADİYYAT
26 Sentyabr 2019, 15:12
594
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) ölkənin əhəmiyyətinə görə ikinci şəhəri olan Gəncənin Baş Planının hazırlanmasına yenidən başlayır.
DŞAK sentyabrın 26-da yerli və xarici şirkətləri Gəncə şəhərinin əsas şəhərsalma sənədinin işlənib hazırlanması müsabiqəsində iştirak etməyə çağırıb, şirkətlər keyfiyyətin artırılması üçün təkliflərini konsorsiumda da təqdim edə bilərlər. Maraqlıdır ki, Gəncə şəhərinin 2030-cu ilə qədər inkişafını nəzərdə tutan Baş Planı hələ 2013-cü ildə Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənəd şəhərin ərazisinin 9980 hektardan 178 min hektara qədər artırılmasını nəzərdə tuturdu. Yaşıllıq üçün ərazinin 145 hektardan 2251 hektara artırılması planlaşdırılırdı.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay