-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin yeni yaşayış massivlərinə qaz çəkilir

Gəncənin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərinə qaz çəkilir.

13:57:37 | 2020-11-06

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib.

“Azəriqaz”dan verilən məlumata görə, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir.

Hazırda regionlarda və Bakı şəhərində 2020-ci il üzrə qaz çəkilişləri aparılan 43 yaşayış məntəqəsi (5299 fərdi yaşayış evindən ibarət) və 43 yaşayış massivində (8585 fərdi yaşayış evindən ibarət) ümumi işin əksər hissəsi tamamlanmaq üzrədir.

Bu günə olan məlumata görə, artıq 11 yaşayış məntəqəsində 821 fərdi yaşayış evi, 26 yaşayış massivində 4528 fərdi yaşayış evi təbii qazla təmin edilib. 19 yaşayış məntəqəsi və 9 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir.

Hazırda qaz çəkilişi aparılan yerlərə Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan qəsəbələrindəki yeni yaşayış massivlərini, Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrindəki yeni yaşayış massivlərini, Ağdaş rayonunun Şıxlı, Yenikənd, Aşağı Qobuüstü, Qobuüstü və Yuxarı Nemətabad kəndlərini, Şabran rayonunun Ceyranlı və Vələsli kəndlərini, Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndlərini, Lerik rayonunun Bibiyani və Siyəreqon kəndlərini, Siyəzən rayonunun Məşrif kəndini göstərmək olar.


ETİKET :  

Daha Çox