-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Vətən müharibəsindəki şəhidi Hikmət Həsənov

Komandirini xilas etmək istəyərkən şəhid olan Hikmət Həsənov

05:25:17 | 2021-03-22

Həsənov Hikmət Fikrət oğlu 15 iyul 1986-cı ildə Gəncə şəhərində doğulub. Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ilin iyun ayından Azərbaycan Ordusunda MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu), kiçik çavuş kimi çalışıb.

27 sentyabr 2020-ci ildə Murovdağ yüksəkliyində yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

Döyüş yoldaşları deyir ki, Hikmət ürəyindən snayperlə vurulan anda belə əlindəki silahı döyüş yoldaşlarına verib ki, sursatı düşmən əlinə keçməsin.

Nəşi 68 gün sonra tapılan Hikmət Həsənov dekabrın 6-da Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz evli idi, Rüqəyya və Ruzi adlı iki övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.


ETİKET :  

Daha Çox