-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin tarixi adının bərpasından 31 il keçir

31 il əvvəl Gəncənin tarixi adı bərpa olunub.

15:14:13 | 2020-12-28

Gəncənin adı dəfələrlə dəyişdirilib. Şəhər illər boyu Abbasabad, Yelizavetpol, Kirovabad adlarını daşıyıb.

GancaPost.info xəbər verir ki, tarix boyu Azadlıq, İstiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 31 il keçir.

İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli insanların təkidi ilə məhz 1989-cu ilin 30 dekabr tarixində qədim Gəncə öz adına yenidən qovuşub.

Tarixdə Gəncənin adı bir neçə dəfə dəyişdirilib. Qədim tarixə malik Gəncə şəhəri bir müddət XVII əsrin sonralarında Abbasabad, 1804-cü ildən (rus işğalından sonra) 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə adı yenidən bərpa edilsə də, bolşevik işğalından sonra 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət, 54 il sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı yenidən özünə qaytarılıb. O zamanlar Gəncənin adını bərpa etmək böyük çəsarət tələb edirdi.

Belə ki, 1989-cu ilin 29 noyabr tarixində Çingiz Sadıqovun rəhbəri olduğu Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunur. Gəncə adının bərpası təklifi qəbul edilir və ertəsi gün qərar verilir. Həmin ilin 30 dekabrında isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edir. Qərarda deyilirdi: "Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq "Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın".

1990-cı il yanvarın 2-də Gəncə adının yenidən bərpa olunması münasibətlə Gəncədə təntənəli iclas keçirilib və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılayıb.

Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələnib.


ETİKET :  

Daha Çox