-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin “qardaş” şəhərləri - SİYAHI

Gəncə dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub.

01:14:18 | 2021-01-29

Qardaş şəhərlər - coğrafi olaraq biri-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və humanitar əlaqələri ilə ortaya gətirdikləri birlikdir.

Dünya şəhərləri arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. İndiyədək Dünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var.

Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq, Gəncə bir neçə ölkənin şəhərləri ilə dostluq əlaqələri qurmuşdu. Azərbaycan müstəqillik qazandıqdan sonra da bu əlaqələr daha da genişləndirildi və hazırda davam etdirilir.

Gəncə ilə qardaşlaşmış şəhərlər aşağıdakılardır:

Türkiyənin Bursa və Qars şəhərləri, Çexiyanın Olomouts, Türkiyənin Qaziantep, İtaliyanın Turin, Türkiyənin İzmir və Eskişehir şəhərləri, Gürcüstanın Rustavi, ABŞ-nın NyuCersi ştatının Nyuark şəhəri, İranın Təbriz şəhəri, Gürcüstanın Kutaisi, Bolqarıstanın Varna, Serbiyanın Novi Sad şəhərləridir. Bu şəhərlər arasında Gəncənin dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, yaxın perspektivdə Gəncə digər şəhərlərlə də əlaqələr quracaqdır.

Müvafiq olaraq bu şəhərlərdə Gəncə adını daşıyan küçələr də vardır.

Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələr həyata keçirilir.

İsmayıl Yaqub


ETİKET :  

Daha Çox