-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Qələbə parkı xarabalığa çevrilir - VİDEO

Gəncənin Qələbə parkı baxımsız vəziyyətdədir.

23:08:39 | 2019-06-24

GancaPost xəbər verir ki, park 1985-ci ildə Böyük Vətən Müharibəsinin 40 illiyi şərəfinə yaradılıb. Əvvəllər istirahət parkı Gəncə şəhər Yağ-Piy Kombinatının balansında olub.

Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə, parkda sonuncu dəfə 1995-ci ildə Qələbənin 50 illiyi münasibətilə təmir-tikinti işləri aparılıb.

Parkın baxımsızlığı göz önündədir.

Bərbad vəziyyətdə olan park ətraf binalarda yaşayan sakinlərin yeganə istirahət zonasıdır.

Parkda uşaqlar üçün yelləncəklər, mini stadion da acınacaqlı durumdadır.

Parkda bir dənə də olsun oturacaq yoxdur.

Baxımsızlıq və nəzarətsizlik üzündən park dağılıb sıradan çıxır. Parkın bəzi yerləri zibilxananı xatırladır.

Getdikcə xarabalığa çevrilməkdə olan parkın daimi “sakinləri” - ətrafdakı ərazidə yaşayan və asudə vaxtlarını burada keçirən təqaüdçülər, qocalar bu məkanı birdəfəlik atıb getmək istəmir, aidiyyəti qurumlardan parka əvvəlki kimi nəzarət etməyi və abadlaşdırmağı xahiş edirlər.

Ümid edirik ki, məsələ ilə bağlı aidiyyatı qurumlar tərəfindən lazımi tədbirlər görüləcək.


ETİKET :  

Daha Çox