-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Polis rəisi dəyişdi – Yeni təyinat

Daxili İşlər Nazirliyi sistemində kadr dəyişikliyi baş verib.

02:48:36 | 2019-01-17

GencePost.com-un məlumatına görə, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovniki Əkbər İsmayılov təyin olunub. Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu təyinata kimi Əkbər İsmayılov Sumqayıt, Yasamal, Xətai və Nərimanov rayon Polis Şöbələrinin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov sərəncama götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Report”a təyinatla bağlı məlumatı təsdiqləyib.


ETİKET :  

Daha Çox