-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Poçt qəsəbəsi: yol, kanalizasiya, zibil problemi - VİDEO

Gəncə şəhəri Poçt qəsəbəsi sakinləri yol, kanalizasiya və zibil problemindən şikayətçidirlər.

14:21:35 | 2021-04-17

GancaPost.info xəbər verir ki, qəsəbə sakinlərinin bildirdiyinə görə, əraziyə 40 il əvvəl çəkilmiş yol artıq yararsız vəziyyətə düşüb, kanalizasiya xəttinin nasaz olması isə yağışlı havada sakinlərə əlavə problemlər yaşadır.

Qəsəbədən keçən 20 nömrəli marşurutun sürücüləri də bildirirlər ki, hər ayın əvvəlində bu yol sayəsində maşınları təmirə verirlər və bu isə onlara böyük ziyan vurur.

Qəsəbə ərazisindən keçən Gəncənin məhşur “Xan Arxı” da bu problemdən öz payını alır. Belə ki, kanalizasiya xətlərinin köhnə və bərbad olmasına görə sakinlər həyətlərindəki çirkab suları məhz bu arxa axıdırlar. Ərazidə zibil qutularının olmadığından sakinlər zibilləri “Xan Arxının” ətrafına atırlar və nəticədə ərazidə antisanitariya hökm sürür. Sakinlərin bu vəziyyətlə bağlı dəfələrlə şikayət etməsinə baxmayaraq mövzu hələ də aktuallığını qoruyur.

Ətraflı aşağıdakı video materialda:


ETİKET :  

Daha Çox