-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin maşın bazarında alıcı yoxdur

Son 2 ayla müqayisədə alıcılıq xeyli zəifləyib.

18:08:43 | 2019-06-30

Gəncənin maşın bazarında hər markada, hər qiymətə maşın var. Qiymətlər ötən aylara nisbətən biraz ucuzlaşıb. Amma alıcı yoxdur.

Gəncənin Avtomobil Bazarında ən çox tələb isə mühərriki kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Rusiya istehsalı və kondisionersiz avtomobillər yay aylarında 500-1000 manat arası daha ucuz almaq olur.

Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağını ehtimal edirlər. Bu həm də qiymətlərin artımına səbəb olacaq.


ETİKET :  

Daha Çox