Gəncənin mərkəzində unudulan bina

Gəncə şəhərində tarixi arxitekturalı yaşayış binası dağılır. Tikilinin bir hissəsi uçub, digər hissəsi və zirzəmisi qalıb.

Tarixi 1909-cu ilə dayanan unudulmuş, yarıuçmuş tikili Gəncənin mərkəzi küçələrindən biri olan Cavadxan küçəsi 79 ünvanında yerləşir.

GancaPost xəbər verir ki, 11 il əvvəl - 2008-ci ilin avqust ayında binanın Qara Qarayev küçəsinə tərəf olan yan divarının bir hissəsi tamamilə uçub. Uçmuş binaya Fövqəladə Hallar Nazirliyi və Şəhər Fövqəladə Hallar Komissiyasının əməkdaşları tərəfindən birgə baxış keçirilərək akt tərtib olunub. Akta əsasən, binanın qəzalı vəziyyətə düşməsinə səbəb fiziki cəhətdən aşınmaya məruz qalması olub.

Binada yaşayan 4 ailənin təhlükəsizliyinin təmin edilməsi üçün həmin ildən ailələr təxliyə edilib.

Qeyd edilən binaya 2018-ci ilin mart ayında aidiyyatı qurumlar tərəfindən təkrar baxış keçirilərək qəzalı vəziyyətdə olması barədə yenidən akt tərtib olunub.

Məlumata görə, binanın zirzəmisi özəldir. Zirzəminin sahibkarı tərəfindən mənzil sahiblərinə evlərin satılması təklif olunsa da, ümumi razılıq əldə edilməyib.

Binanın isə nə vaxt təmir olunacağı və ya uçurularaq yerində yeni yaşayış binasının tikiləcəyi məlum deyil.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR