-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin küçə və parklarında yeriyən təhlükə

Vətəndaşların küçə və parklarda buruntaqsız it gəzdirənləri məhkəməyə vermək hüququ var.

03:21:28 | 2019-06-16

Yay aylarında insanlar saxladığı ev heyvanlarını hərəkətin intensiv olduğu küçələrdə, parklarda gəzdirirlər. Ev heyvanlarının, xüsusilə də itlərin qoruyucu ağızlığının - buruntağının olmaması isə sakinlər üçün əməlli-başlı təhlükə yaradır.
Qeyd edək ki, ağızlığı olmayan heyvanların insanların sıx olduğu ictimai yerlərdə, parklarda gəzdirilməsi bir neçə dəfə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olub.

Qanun nə deyir?

Nazirlər Kabinetinin 9 mart 2011-ci ildə təsdiqlədiyi 38 saylı qərarı ilə ev heyvanları saxlayan şəxslər ərazinin epizooloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Nazirlər Kabinetinin təsdiq etdiyi bu qərarda göstərilib ki, insanlar şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərini sərbəst gəzdirə bilərlər.

İnsanların sağlamlığının qorunması məqsədilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqla gəzdirməyə icazə verilir.

Vətəndaşların bu qaydalara əməl etməyərək küçə və parklarda buruntaqsız it gəzdirənləri məhkəməyə vermək hüququ var.
Bəzən it cırmaqlamasına və dişləməsinə insanlar laqeyd münasibət göstərsələr də, bu, hər an ölümə səbəb ola bilər: "Ev heyvanları quduzluğa qarşı vaksinasiya edilsə də, it dişləməsi zamanı həmişə ehtiyatlı olmaq lazımdır. Quduzluq çox təhlükəli xəstəlikdir. Onun klinikası elədir ki, ölümlə nəticələnə bilər. Quduzluq xəstəliyi cırmaqlama, dişləmə yolu ilə heyvanın ağız suyu vasitəsilə keçə bilər. Ona görə də heyvan dişləyən şəxsə mütləq quduzluğa qarşı üç peyvənd vurulmalıdır. İnsanı dişləyən heyvan üç gün ərzində ölərsə, peyvənd davam etdirilir".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölkə ərazisində bu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxs heyvan dişləməsi və cırmaqlamasından zərər çəkib. Ötən il ərzində isə 20 mindən artıq şəxs buna görə tibb müəssisələrinə müraciət edib.


ETİKET :  

Daha Çox