-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin keçmiş Polis rəisi həbs olundu

General-leytenant Eldar Həsənov saxlanılıb.

17:44:06 | 2020-08-13

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu həbs olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyində aparılan maliyyə-təsərrüfat yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

GancaPost.info Eldar Həsənovun dosyesini təqdim edir.

Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçın kəndində anadan olub. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb.

Bir müddət Nizami rayon Polis şöbəsinin rəisi və 1990-1992-ci illərdə Gəncə şəhər Polis İdarəsinin rəisi işləyib.

1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə isə Baş prokuror olub.

2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. Bundan başqa o, eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutub.

Eldar Həsənov general-leytenant, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.


ETİKET :  

Daha Çox