-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin İcra başçısının müavini vəzifəsindən azad olundu

Elnur Rzayev yeni vəzifəyə təyin olundu.

15:06:41 | 2019-10-31

GancaPost saytı xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Elnur Şahbaz oğlu Rzayev vəzifəsindən azad olunaraq daha yüksək vəzifəyə təyin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

DOSYE: Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olub.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.


ETİKET :  

Daha Çox