-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin İcra başçısı şikayətlərlə bağlı tapşırıqlar verdi

Gəncə şəhər sakinləri İcra başçısı ilə görüş zamanı problemlərini dilə gətirdilər.

14:42:37 | 2019-09-24

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhər sakinləri ilə görüşüb. Görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçsısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

GancaPost saytı xəbər verir ki, şəhər rəhbəri qeyd edib ki, Gəncədə binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur, çoxmərtəbəli binaların liftləri yenilənir, yollarda təmir-bərpa işləri gedir. Bu qəbildən olan tədbirlərin davamlı olacağını görüş iştirakçılarının nəzərinə çatdırıb.

Açıq mikrofon şəraitində keçən görüşdə şəhər sakinlərinin problemləri dinlənilib. Müraciətlər əsasən ara küçələrdə su-kanalizasiya xəttlərinin yenilənməsi, müxtəlif yerlərdə zibil qutularının yerinin dəyişdirilməsi, mavi yanacağın təzyiqinin artırılması, ara küçələrin asfaltlanması, 11 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitəsinin yolunun uzadılmasına dair olub.

Bundan başqa sakinlər uşaq meydançanlarının yaradılmasını, həyətlərin abadlaşdırımasını, sahibsiz itlərə qarşı tədbir görülməsini xahiş ediblər.

Gəncə şəhər 4 saylı tam orta məktəbin bir qrup müəllimlərinin də müraciəti dinlənilib. Bildirilib ki, səhər və günorta saatlarında məktəbin önündə tıxac yaranır, bu isə bir sıra narahatçılıqlara səbəb olur. Məsələ ilə əlaqədar olaraq İcra başçısı Niyazi Bayramov məktəb yoluna Yol Patrul Xidməti əməkdaşlarının cəlb olunmasına, həmçinin məktəbin arxa giriş qapısının açılmasına dair göstəriş verib.

Görüşdə səsləndirilən məsələlər və problemlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.


ETİKET :  

Daha Çox